Urud qəbirüstü sənduqə və heykəlləri
Zəngəzur mahalı Qarakilsə rayonunun Urud kəndində.
07.11.1995-ci il tarixində Qafan, Sisiyan, Meğri, Gorus rayonları ləğv edilib və Sünik mərzisi təşkil edilib.
Qarakilsə rayonu ‒ 02.03. 1940-cı ildən‒ Sisian Urud kəndi ‒ 03.07.1968-ci ildən ‒ Vorotan adlandırılıb.
Dekorativ tətbiqi sənət
1988-ci ildə azərbaycanlıların deportasiyası sonrasında dağıdılıb [i] .
[i] Urud, M. Urud / Musa Urud. – Вakı, 2000. – S. 28-49.
Zəngəzur mahalının Qarakilsə (02.03. 1940-cı ildən – Sisian) rayonunun Urud (03.07.1968-ci ildən – Vorotan) kəndindəki orta yüzillər qəbiristanlığında üstü yazılı çoxlu qəbirüstü sənduqələr və qoç heykəllər qeydə alınıb. Urud kəndində 1988-ci ilə qədər ancaq azərbaycanlılar yaşayıblar. Kəndə ilk ermənilər Qərbi azərbaycanlıların 1988-ci il etnik təmizlənməsi və deportasiyasından sonra ayaq basıblar [i].
1961-ci ildə Urud kəndində elmi ezamiyyətdə olan AMEA-nın müxbir üzvü, t.e.d. M.Nemətova XV-XVII əsrlərə aid 100-ə qədər belə abidəni tədqiq edib. Həmin abidələrin hər birinin üstündə ərəb dilində mərhumun kimliyi, ölüm tarixi, bəzən də ölüm səbəbi qeyd olunub [ii].
[i] Ələkbərli, Ə. Qədim Türk-Oğuz yurdu – “Ermənistan” / Əziz Ələkbərli. – Вakı, 1994. – S. 77-82.
[ii] Heмaт, M. Корпус эпиграфических памятников Азербайджана / Мешадиханум Немат. – Том 3. – Баку, 2001. – C. 58-59; 71-73, 184-190.