Vəng (Vahanva) məbədi
Zəngəzur mahalı Qafan rayonu rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilindəki Şəhərcik kəndinin yaxınlığında yerləşir.
Şəhərcik kəndinin adı dəyişdirilib. Erməni mənbələrində Şharcik formasında qeyd edilir [i] .
[i] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 60.
Memarlıq
1965-ci ildə Ermənistan Elmlər Akademiyasının tarixçiləri Vəng deyil, Vahanavank (Vahan kilsəsi) adlandıraraq özlərinin hesab etmiş, qeydiyyatdan keçirmişlər.
Orta əsrlər dövründə Zəngəzurda bir sıra tarixi abidələri süni surətdə saxtalaşdıraraq onları xristian kilsəsi, məbədi adlandırmaqla VII-X yüzilliklərdə bu diyarda guya ancaq ermənilərin yaşadıqlarını sübut etməyə cəhd edilir.
Ən qəribəsi budur ki, məbədlərin ermənilərə məxsus olmadığını bildikdən sonra da bunu etiraf etmək istəmir, əksinə, dövlət qoruğu səviyyəsində qeydiyyatdan keçirirlər.
Qafan rayonundakı Şəhərcik kəndinin 4 km məsafəsində kəndin Vəng deyilən yaşayış sahəsində bir neçə otaqdan ibarət olan bir binanın xarabalığını 1965-ci ildə Ermənistan Elmlər Akademiyasının tarixçilər Vəng deyil, Vahanavank (Vahan kilsəsi) adlandıraraq özlərinin hesab etmiş, qeydiyyatdan keçirmişlər. Halbuki, həmin abidənin daşlarından birinin üzərində qrabar (qədim erməni dili) ilə aşağıdakı sözlər yazılıb: “Bu abidəni Alban çarı Sənəkərimin qızı 913-cü ildə tikdirib”.
Alban hökmdarı Sənəkərimin qızı tərəfindən inşa edilən məbədin daşı üzərindəki yazılar alban məbədi olduğunu təsdiq edir [i].
Abidənin daşlarından birinin üzərində qrabar (qədim erməni dili) ilə aşağıdakı sözlər yazılıb: “Bu abidəni Alban çarı Sənəkərimin qızı... 913-cü ildə tikdirmişdir”. Bu ifadə ərazi və abidənin Azərbaycan tarixinin qədim mirası olduğunu təsdiqləyir.
[i] Əliyev, V. Zəngəzurda qalan izimiz / Vilayət Əliyev. – Bakı, 2004. – S. 10.