Xosrov kənd qayaüstü təsvirləri
Vedibasar mahalı Vedi rayonunda Zarıncı dağının ətəyində, Xosrov kəndinin mərkəzində.
Xosrov kəndi 1930-cu illərin ortalarında ləğv edilib. İndi xaraba kənddir.
Memarlıq
Mənzərəli təbiət qoynundakı yüksəklikdə yerləşən mədəniyyət abidələrinin bir hissəsi ermənilər tərəfindən daşınaraq muzeylərdə erməni mədəni nümunələri kimi təqdim olunur.
Xosrov kəndinin cənubunda Dərbənd dağlarından başlayan Xırdaçay çayının üstündəki qayalıqda islamaqədərki dini-ibadət mərasimlərinin rəmzi olan, iki kəsişən çıxıntının uclarında Günəş və bədirlənmiş Ay rəsmləri həkk olunub. Qədim dövrlərin oğuz-türk mistik inanclarını üzərində unudulmaz edən bu maddi-mənəvi tarixi irsimizin nümunələri Kusqayasu çayının yanında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edildib. Toponim Xosrov şəxs adı əsasında yaranıb. Antropotoponimdir. Quruluşca sadə toponimdir [i], [ii].
Əski dövrlərin islamaqədərki oğuz-türk mistik-mifik inanclarını üzündə ifadə edən bu maddi-mənəvi irs nümunələri Azərbaycanın ərazidəki tarixi mirasıdır.
[i] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 104.
[ii] http://www.anl.az/down/meqale/olaylar/2020/fevral/701141.htm