Xosrov kəndində alban məbədi

Tarixi:
E.ə IV yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Vedibasar ma­ha­lı Vedi ra­yo­nu­nun Zarıncı da­ğının ətəy­in­də, Xosrov kən­d­inin mər­kə­z­in­də yerləşir.

Yerləşmə /
Hazırkı toponim:

Xosrov kəndi 1930-cu illərin or­t­a­larında ləğv edilib. İndi xara­ba­lıqları qalır[i].

 

[i] z.wikipedia.org/wiki/Xosrov_(V_edibasar

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Məbədin y­a­zılı, naxışlı löv­hələri, daşları ermənilər tə­rə­fin­dən sö­kü­lüb İrəvan şə­hə­ri­nə aparı­lıb. Mə­bəd 1988-ci il de­­por­ta­siyasına qə­dər uçu­lmuş-da­­ğıl­mış və­ziy­yət­də qal­maqda idi.

Məlumat:

Vedi nahiyəsinin kəndlərində, obalarında ibadət edilən irfani yüklü ocaqların ya­yıl­dığı tarixi məkanlardan biri də Xosrov kən­didir. 

Xosrov kəndinin mərkəzi his­sə­sin­də eramızın IV yüzilinə aid alban mə­bədi ucalmış, hündürlüyü 10 metrə çatan, dördkünç olan bu tikili yarıya qədər sö­kül­müşdü. Yeri sal daşlarla örtülü idi. Daş­nak­lar bu kəndin evlərini, tikililərini kü­rü­yüb Xosrov çayının “Kilsə dərəsi”nə tö­kən­də həmin məbədin yazılı, naxışlı löv­hə­lə­rini, daşlarını söküb İrəvan şəhərinə apa­rıb­lar[i] . 

Er­mənilər Xosrov kəndinin flora və faunası­nın zən­gin növ­müx­tə­lif­li­yinin mü­ha­fi­zə­sini bə­ha­nə edə­rək mad­di-mə­də­ni mi­rasını daşı­­maq məq­sə­di ilə 1930-cu il­də bo­şal­dıb  əhalini baş­­qa yaşayış yer­­lə­ri­nə köç­mə­yə məc­bur edib. Bu­­radakı abi­də­lər alban-türk mə­dəniyyətini təm­sil edirdi.

 

[i] http://www.anl.az/down/ meqale/olaylar/2020/fevr al/701141.htm

Fotolar:
Videolar: