Zəhmət kənd Günbəzli məscidi
Zəngibasar mahalı Zəngibasar rayonundakı Zəhmət kəndində
Haçaparaq kəndi 3.01.1935-ci ildən – Zəhmət, 19.04.1991-ci ildən – Xaçpar adlandırılıb.
Memarlıq
Məscid təmir edilib, 1988-ci ilə qədər fəaliyyət göstərib[i]. Deportasiyadan sonra ermənilər tərəfindən dağıdılıb.
[i] Olaylar. – 2021. – 19-25 fevral. – S. 20.
Zəhmət kəndindəki Günbəzli məscid 200 illik tarixə malikdir. Yaşı etibarı ilə və eyni zamanda tarixi maddi-mədəni abidə hesab olunan məscidin ölçüsü 18 m x 25 m, hündürlüyü 5m idi. Günbəzli və qırmızı tufdan tikilmişdi. İslam dini mərasimlərində Arbat kəndinin hay ailələri (əsasən Suriyadan köçənlər, bu kənddə 12-13 ailə azərbaycanlı idi) də Zəhmət kənd məscidində ziyafət məclisləri təşkil edir, qurban kəsdirirdilər, niyyətləri üçün dualar edirdilər. 1936-1937-ci ildə Zəngi çayının yatağında baş verən zəlzələ nəticəsində kəndin qərbində və mərkəzində yerləşən tikililərlə birlikdə məscid də ciddi zədə lmış, daha sonra təmir edilmişdir [i].
Məscid azərbaycanlılara aid dini ibadət məkanıdır. Qədim islam abidəsi olan məscid ərazinin azərbaycanlıların yurdu olduğunu təsdiq edən mənbələr arasında yer alır.
[i] http://www.anl.az/down/meqale/olaylar/2021/fevral/735529.htm