Zəhmət kənd mədrəsəsi

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngibasar ma­ha­lı Zən­gi­ba­sar ra­yo­nu Zəhmət kənd­ində.

Yerləşmə /
Hazırkı toponim:

Haçaparaq kə­n­di 3.01. 1935-ci ildən – Zəhmət, 19.04.1991-ci ildən – Xaçpar.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Kəndin dini mə­dəni irfan mər­kə­zi olan məd­rə­sə ermənilər tə­rəfindən məhv edilib.

Məlumat:

Zəhmət kənd mədrəsi Mustafa Hacı Axund oğlu tərəfindən yaradılıb. Dini-ir­fani təlimləri keçən, Şərq dillərini mü­kəm­məl bilən və tədris edən Mustafa Hacı Axund oğlu 1937-ci ildə Qazaxıstana sürgün edilib. Onun şagirdləri Tiflis şə­hər­indəki Qafqaz Universitetinin mə­zun­ları olub, bir çoxları təqiblərdən qur­tul­maq üçün Türkiyə və Cənubi Azər­bay­ca­na mühacirət edib. Zəhmət kəndinin din xa­dimlərindən Molla Hüseyn (1895-1985) 1947-cildə Gəncə şəhərində İmam­za­də camesinin baş axundu olub, sonra Naxç­ıvan şəhərinə köçərək orda da 23 il ali-dini vəzifə daşıyıb, ondan əvvəl bu pillədə irəvanlı Hacı İbrahimxəlil olub [i]. Toponim Azərbaycan dilində “haça­lan­ma­nın başlandığı yer” mənasında işlənən haça sözü ilə qədim türk dilində “gecələr heyvan salınan, hasarlanmış yer” mə­na­sın­da işlənən parax sözünün bir­ləş­mə­sindən əmələ gəlib [ii].  Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir [iii].

Mədrəsə  Zəh­mət kəndi və ət­raf kəndlərdən gə­lənlər üçün din, dil tədris edən irfan ocağı rolunu oynayıb. Bununla yanaşı, kəndin dini-mə­də­ni baxımdan da inkişaf etmiş azər­baycanlı yur­du olduğunu da göstərir.

 


[i] http://www.anl.az/down/meqale/olaylar/2021/fevral/735529.htm

[ii] Azərbaycan dilinin izahlı lüğəti / Az.SSR EA Nəsimi ad. Dilçilik İn-tu; red. Ə.Orucov; red. hey.: V.Aslanov və b.; tərt. ed.: B.Abdullayev və b. . – Cild 4 . – Bakı: Elm, 1987 . – S. 359.

[iii] Гасанов А.Г. О некоторых древнетюркских словах в топонимии Азербайджана / А.Г.Гасанов, Г.А. Гейбуллаев // АГУ им. С.М.Кирова. Cер. язык и литературы . – 1979 . – № 1 . – C. 10.

Fotolar:
Videolar: