Zəhmət kənd məscidi

Tarixi:
XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngibasar ma­ha­lı, Zən­­gi­ba­sar rayo­nun­­d­­a­kı Zəhmət kən­­dində

Yerləşmə /
Hazırkı toponim:

Haçaparaq kə­nd­i 3.01.1935-ci ildən – Zəh­mət, 19.04.1991-ci ildən – Xaçpar adlandı­rı­lıb

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1931-1937-ci il­lər­də baş verən z­əl­zələ nə­ti­­cə­s­i­n­­də məscid cid­d­i zədə alır və u­ç­u­r­. Zəl­zələdən sonra kənd oldu­ğu yer­dən 500 m uzağa kö­çür, köhnə əra­zidə isə məs­ci­din xa­ra­­­bal­ıq­la­­rı qalıb

Məlumat:

Zəhmət kəndindəki qırmızı tufdan tikilmiş gün­bəzli məsciddən 1 km cənub-şərqə,  kəndin Qarıqışlaq kən­di­nə tərəf olan his­səsində Hacıellərli kəndindən köçüb gəl­miş Məhəmmədəli Molla Hüseyn oğlunun evin­dən 50 m məsafədə kəndin digər məscidi yerləşirdi.

Kənddə 1831-ci il­də 326, 1873-cü ildə 716, 1886-cı il­də 753, 1897-ci ildə 1­0­5­9, 1904-cü il­­­də 992, 1914-cü il­də 1135, 1916-cı ildə 1113, 1987-ci ildə  isə 2893 nəfər yal­nız az­ə­r­­baycanlı yaşa­yı­b [i]. 19­88-ci ilin n­o­­yabr-de­kabr de­por­ta­si­ya­sın­dan sonra kənd­­­də er­mə­ni­lər ya­şa­yıb ­[ii].

 

[i] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 82-83, 152-153.

[ii] https://az.wikipedia.org/wiki/Z%C9%99hm%C9%99t

Fotolar:
Videolar: