Zəhmət kəndində Dərvişlər məhəlləsi
Zəngibasar mahalı Zəngibasar rayonu Zəhmət kəndində.
Haçaparaq kəndi 3.01.1935 -ci ildən ‒ Zəhmət, 19.04.1991-ci ildən – Xaçpar.
Memarlıq
Dərvişlər məhəlləsi 1988-ci ildə Azərbaycanlıların kütləvi deportasiyasından sonra oradakı qədim tikililərin çoxu ermənilər tərəfindən sökülüb.
Dərvişlər məhəlləsi kəndin qədim və tarixi yerlərindən biri hesab olunurdu. Türkiyə, İran və İraqda təhsil almış elm, din və irfan sahibi insanların daha çox məskunlaşdığı yer idi. Buranın elm və irfan sahibi sakinləri evlərini mədrəsə-məktəb və kitabxana kimi istifadə edir, kənd və ətraf kəndlərdən gələnlərə dini və dünyəvi təhsil verirdilər. Buradakı evlərin çoxu görkəmi və memarlığı ilə kənddəki evlərdən fərqlənirdi. Bu nəsilin davamçıları Hacı Axund və Molla Mustafa qardaşları dini mərasimlərin təşkilində və keçirilməsində yaxından fəal iştirak edirdi. 1918-ci ildə erməni terror dəstələrinin Zəhmət kəndində törətdiyi qətliam zamanı Hacı Axund və Molla Mustafa qardaşları da amansızca qətlə yetirilib [i], [ii].
Zəhmət kəndinin qədim tayfalarından olan Dərvişlər məhəlləsi soy-şəcərə baxımından dini-irfani dünyagörüşünün, sufiliyin daşıyıcıları və davamçıları olub.
[i] Olaylar. – 2021. – 19-25 fevral. – S. 20.
[ii] http://www.anl.az/down/meqale/olaylar/2021/fevral/735529.htm