Zəngilər kəndində qəbirüstü heykəllər
Zəngibasar mahalı, Zəngibasar rayonu Zəngilər (Donuzyeyən, Məscidli) kəndində.
Kəndin Donuzyeyən adı 3.01. 1935-ci ildə ‒ Zəngilər, 19.04. 1991-ci ildən ‒ Zorak adlandırılıb.
Memarlıq
Qədim qəbiristanlıqda at, qöç və dəvə heykəlləri son vaxtlara qədər qalırdı. Onlar erməni abidəsi kimi təqdim olunur.
Ərəb ölkələrindəki Məmlük türkləri qıpçaq tayfalarıdır. Deməli, zəngilər qıpçaq tayfalarından biridir. Burada məskunlaşan Oğuz qıpçaq türkləridir. Qədim kənd qəbiristanlığında qəbirlərin üstündə müx-təlif heykəllər vardı. Bunlar möhtəşəmliyi ilə diqqət çəkib. Qəbirlərdən birinin üst-ündə qılınc şəkli aydın qörünürdü. Qəbiristanlıqdakı at heykəlli qəbir deyilənlərə görə kəndin pəhlivanı Məhəmməd pəhlivanın, qoç heykəlli qəbir isə Palazqulaq pəhlivanın idi [i], [ii]. Məharətlərinə görə onlara heykəl ucaldılmışdı [iii].
Zəngilər toponimi də türk mənşəlidir. Türk əsilli zəngilər nəsil adı ilə bağlıdır. F.Sümər yazır: “Əlcəzair və Suriyə hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər” [iv].
[i] Зейдлица, Н. СБОРНИКЪ Свидений О КАВКАЗ. – Тифлись. 1879 . – C. 66- 96.
[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 67.
[iii] Zeynalov, F. Türkologiyanın əsasları: ali məktəblərin filoloji fakültələrinin tələbələri üçün dərslik / Fərhad Zeynalov; red. A.Qurbanov. – Bakı: Maarif, 1981. – S. 26.
[iv] Sümər Faruq. Oğuzlar / Sümər Faruq . – Bakı: Yazıçı, 1992 . – S. 123.