Zərrab xan (Sərrafxana) karvansarası
1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.
1936-cı ildən etibarən Yerevan.
Memarlıq
1926-cı ildə baş verən zəlzələdə zədələnən Zərrab xan karvansarasına yıxılmaması üçün dirəklər qoyulub. Sonrakı illərdə karvansara və ətrafındakı dükanlar azərbaycanlılara aid tarixi dövrü əks etdirən elementlərlə zəngin olduğu üçün ermənilər tərəfindən sökülüb.
Köhnə İrəvanda yerləşən Zərrab xan (Sərrafxana) karvansarası, XIX əsrin sonlarına yaxın şəhərdə mövcud olan 20 karvansaradan biri idi [i]. Daşdan hörülmüş, ortasında kvadrat şəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. 1926-27-ci illərə aid olan mənbələrdə təqdim olunan fotolarda karvansara divarlarına dirəklərlə dayaq verildiyi görünür [ii].
Karvansara həyətində çoxlu sayda yük daşıyan arabaların və müxtəlif mənşəli dükanların olması karvansaranın ən çox uzaq məsafədən gələn tacirlərin qaldığı məkan olduğunu göstərir [iii].
[i] Г.Мелик-Дадаян Источник: Музей Истории Еревана
[ii] 9https://www.facebook.com/IrevandaTurkler/posts/3817134451695990
[iii] https://www.facebook.com/IrevandaTurkler/posts/3817134451695990