Zolaxaç kənd qəbirüstü abidələri
Göyçə mahalı, Aşağı Qaranlıq (Martuni) rayonundakı, Zolaxaç kəndində.
Aşağı Qaranlıq rayonu – Martuni, Zolaxaç kəndi – 03.01. 1335-ci ildən Zolakar adlandırılıb.
Memarlıq
Qoç heykəlinin bir üzündə altıguşəli ulduz və günəş əks olunmuş, digər tərəfindəki kitabəni isə XIX yüzildə kəndə köçürülmüş ermənilər həmişəki xislətlərinə uyğun olaraq silmişlər və hazırkı dövrdə erməni abidəsi kimi təqdim edirlər. 1988-ci il deportasiyasından sonra isə məqsədli qaydada erməniləşdirə bilmədikləri üçün qəbirüstü abidələr məhv edilib. Qalanları isə erməni elementləri əlavə olunub, deportasiyadan sonra erməni abidəsi kimi təqdim edilir
Zolaxaç kəndində kənd evlərinə yaxın məsafədə və hətta evlərin həndavərində yerləşir. Məzarlıqda müxtəlif dövr Azərbaycan tarixinin nümunələri olan qəbirüstü abidə və sənduqələr çoxluq təşkil edib. Məzarlıqda olan qoç heykəllərinin bir çoxu digər bölgədəki gəbirüstü qoç heykəllərindən fərqlilik təşkil edir. Fərqli tərəfi sarı rənqdə qaya daşından yonulmuş daha böyük qoç heykəllərinin çox ustalıqla həqiqisinə oxşar hazırlanması, boğazında naxışlı xalta və qabaq baldır hissələrində altıguşəli ulduz, arxa ayağında fırfıra (pərvanə) şəklində təsvir və günəş əks olunmasıdır [i]. Zolaxaç kəndinin azərbaycanlı əhalisinin bir hissəsi 1918-20-ci illərdə məhv edilib, bir hissəsi isə didərgin düşüb.
Qədim alban-türk məzarlığı Azərbaycan tarixinin tarixi torpaqlardakı ən dəyərli maddi-mədəni irslərindən biridir. Qoç heykəllərinin ayağındakı fırfıra (pərvanə) formasında təsvir “Tanrıdan gəlmək və Tanrıya dönmək mənasını verir. Monqollar tərəfindən də istifadə olunub. Qabaq ayaq hissəsindəki altıguşə ulduzlu günəş təsviri isə Davud ulduzu ya da Süleyman Möhürü deyirlər amma bu damğanın ən qədim nümunələri türklərdə və türk coğrafiyalarındadır, günümüzə qədər də istifadə olunub. Mənası “var etmə, yaratma”dır [ii].
[i] https://www.facebook.com/100606841545236/posts/168404431432143/
[ii] https://www.facebook.com/IrevandaTurkler/photos/a.105289376213868/155180384558100