"Qərbi Azərbaycan: Can yaddaşımız" sənədli filmi

"Qərbi Azərbaycan: Can yaddaşımız" sənədli filmi
Tarix:10.10.2024

“Qərbi Azərbaycan: can yaddaşımız” sənədli filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyinin sifarişi ilə “Qərbi Azərbaycan tarixin gözü ilə: fotolarda, sənədli filmlərdə, arxivlərdə” layihəsi çərçivəsində çəkilib.
İzləyicilərə təsirli anlar yaşadan filmin çəkilişləri Bakıda, Qərbi Azərbaycandan vaxtilə didərgin düşmüş insanların kompakt məskunlaşdığı Göygöl, Gəncə, Yevlax, Bərdə, Quba, Xaçmaz, Mingəçevir və digər bölgələrdə aparılıb. Filmin informasiya dəstəyi “Qafqaz” və “EL” televiziyaları, “Yeni Çağ” və “Bakupost”a məxsusdur. 
Filmin çəklişləri zamanı Qafqaz,EL və Kəpəz televiziyalarının, habelə Net Prodakşının çəkiliş studiyalarından istifadə olunub.