Urud kənd məscidi
Zəngəzur mahalı Qarakilsə rayonu Urud kəndi kənarında.
07.11.1995-ci ildə Qafan, Sisian, Meğri, Gorus rayonları ləğv edilib, Sünik mərzisi təşkil edilib. Qarakilsə rayonu – 01.03.1940-cı ildən – Sisian, Urud kəndi –
03.07.1968-ci ildən – Vorotan adlandırılıb.
Memarlıq
Urud kənd məscidi 1918-ci ildə erməni hücumları nəticəsində yandırılıb. Xarabalıqları 1988-ci ildə də qalmaqda idi.
Kəndin aşağı hissəsində əhalinin ibadət yeri olan məscid fəaliyyət göstərib və dini-irfan ocağı funksiyasını yerinə yetirib. Çar Rusiyası dövründən qalan məscid və mədrəsə hücrələri də dağıdılmış, qədim naxışlı-yazılı qəbirlərin izi qalmaqda idi. Bu kəndin quzeyindəki Üçtəpə yaylağı da Qaçaq Nəbinin səngər yerləri idi[i].
Mənəvi dəyərləri təbliğ edən məscid ərazinin müsəlman-türk yurdu olduğunu göstərir.
[i] Olaylar. – 2019. – 2-4 noyabr. – S. 14; ttp://www.anl.az/down/meqale/olaylar/2019/noyabr/681087.htm